Şəmkir Rayon Məhkəməsində arvadını öldürməkdə təqsirləndirilən Mübariz Məmmədovun barəsində istintaq orqanının verdiyi təqdimata baxılıb. Şəmkir rayon Prokurorluğundan verilən məlumata görə, məhkəmə istintaq orqanının təqdimatını təmin edib. Məhkəmənin qərarı ilə Məmmədov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Ötən gün 29 yaşlı Mübariz Məmmədov Şəmkir rayon polis şöbəsinə gələrək həyat yoldaşı Nailə Məmmədovanı öldürməsi ilə bağlı məlumat verib və könüllü təslim olub. Araşdırmalarla Məmmədovun həmin gün saat 09 radələrində qısqanclıq zəminində arvadı, 27 yaşlı Nailə Məmmədovaya bədənin müxtəlif nahiyələrinə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib. Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
- Baxış: 539