Xristianlar üçün ən müqəddəs gün, Pasxa bayramı münasibəti ilə Gəncədə yaşayan rus icmasının nümayəndələrinə sovqat verilib. Tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar olaraq icmanın aztəminatlı üzvlərinə bu yardımdan pay düşüb. Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən tolerantlıq nümayiş etdirilərək, prosvaslavları sevindirib. Təqdirələyiq təşəbbüsdən 30-dan artıq şəxs yararlanıb. Ərzaq yardımı Aleksandr Nevski Rus Pravoslav kilsəsində xidmət göstərən, dini ayinləri icra edən şəxslərə və rus icmasının üzvlərinə paylanılıb.
Varfolomey Denis Sotnikov - baş keşiş: Bizə hər zaman xoş münasibət bəsləyir, hörmət edir, diqqətdə saxlayır, köməklərini əsirgəmirlər. Elə bu səbəbdən Azərbaycan xalqına, ölkə və şəhər rəhbərliyinə öz təşəkkürümü bildirirəm.
- Baxış: 574