• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1021
— 20.04.2020 15:02

DİM buraxılış imtahanı ilə bağlı komissiya yaratdı

KepezTV Player

Dövlət İmtahan Mərkəzi buraxılış imtahanı ilə bağlı komissiya yaradıb. Buraxılış imtahanının birinci mərhələsinin nəticələrindən narazı qalan 9-cu sinif şagirdləri elektron ərizə ilə apelyasiya komissiyasına müraciət edə bilərlər. Şagirdlər imtahan nəticələri ilə bağlı nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olduqdan sonra aprelin 20-dən 22-sinə qədər tarixlərində apelyasiya.dim.gov.az saytında elektron ərizə formasını doldurmaqla qeydiyyatdan keçə bilərlər. Qeyd olunan müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər.