• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1613
— 20.04.2020 15:57

Gəncədə narkotik satan şəxslər tutulublar

KepezTV Player

Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb. Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Gəncə şəhəri ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər - Salyan rayon sakini M.Əliyev və Bakı şəhər sakini R.Mehdiyev 533 qrama yaxın heroini və 505 qramdan artıq metamfetamini satarkən tutulublar. Davam etdirilən tədbirlərlə R.Mehdiyevin Salyan şəhəri ərazisindəki evinə baxış zamanı oradan əlavə olaraq 625 qramdan artıq heroin və 372 qramdan artıq metamfetamin aşkar edilərək götürülüb. Araşdırma aparılır.