• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1050
— 20.04.2020 15:27

Qohumunu yük avtomobilində gizlədən sürücü saxlanılıb

KepezTV Player

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisindəki postda aparılan profilaktik tədbirlər zamanı Kürdəmir rayon sakini Allahverdi Eybalıyevin idarə etdiyi “Shacman” markalı yük maşını saxlanılıb. Həmin nəqliyyat vasitəsinin salonuna baxış zamanı müvafiq icazəsi olmadan karantin qaydalarını pozaraq gizli şəkildə Balakənə gəlmək istəyən sürücünün qohumu Emil Fətəliyev müəyyən edilib. Hər iki şəxs barəsində Balakən Rayon polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək cərimə ediliblər.