Xüsusi karantin rejimi ilə əlaqədar sakinlərə dəstək məqsədilə Goranboy Rayon İcra Hakimiyyəti tərəfindən növbəti ərzaq yardımları paylanılıb. Aksiyası çərçivəsində rayonun müxtəlif kənd və qəsəbələrində yaşayan evdən çıxması qadağan edilən yaşı 65-dən yuxarı, tənha, imkansız, ehtiyacı olan 3000-ə yaxın ailəyə ərzaq məhsullarından ibarət sovqat verilib. Bundan başqa 300-dən artıq şəhid ailəsinə, Qarabağ müharibəsi əlilləri də təkrar olaraq sevindirilib. Rayon İcra Hakimiyyətinin əməkdaşları və gənc könüllüləri yardımların göstərilməsi ilə yanaşı, vətəndaşlara pandemiya ilə mübarizədə həyata keçirilən tədbirlər, şəxsi gigiyena qaydaları, sosial təcridolmanın vacibliyi barədə məlumat verib. Bu kimi aksiyalar rayonda qarşıdakı günlərdə də davam etdiriləcək.
Sakin - Biz karantin olandna evdən çölə çıxmırıq. Evdə nə deyirlər ona riayət edirik. Allah bu qaranlığı üstümüzdən tez götürsün.
Natiq Hüseyn
- Baxış: 414