• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1610
— 19.04.2020 19:46

Sosial izolyasiya kimdə, hansı izlər qoyacaq?

KepezTV Player

Bütün bunlar qorxudan irəli gəlir və ölümcül virusa yoluxmaq ehtimalının varlığı özünü fərqli psixoloji problemlərlə büruzə verir. Mütəxəssislərin fikrincə, sosial izolyasiya dövrü yekunlaşsa da, onun yaratdığı davranış narahatlıqları hələ uzun müddət davam edəcək.

Sözügedən həssas dönəm hazırda "mən"i formalaşan, 3-6 yaş aralığında olan uşaqların psixologiyasında daha dərin izlər buraxacaq. Mütəxəssislər, xüsusilə həmin kateqoriyaya aid uşaqların yeniyetmə dövründə ciddi psixoloji problemlər yaşayacağını deyirlər. Karantin müddətini daha rahat keçirtmək üçün də yollar var.

Karantin rejiminin müsbət tərəfləri də yox deyil. İndiki şəraitdə evdə qalmaq ilk növbədə sağlam qalmağımız deməkdir. Eyni zamanda, bu dövr ailəmizlə daha çox vaxt keçirtmək fürsəti kimi də dəyərlidir. Koronavirusa görə müvəqqəti şəkildə həyat tərzimi dəyişsək də olar, əsas odur dünyamızı dəyişməyək.