Koronavirus pandemiyasının iqtisadiyyat, turizm, idman və bu kimi bir sıra fəaliyyət sahəsinə ziyan vurduğu aydın məsələdi. Lakin infeksiyanın yaratdığı problemlər təkcə sadaladıqlarımızla kifayətlənməyib, xəstəlik tikinti bazarına da təsir edib. İnşaat sektorunda hər zaman tikinti materiallarının qiymət artımı daha çox diqqət mərkəzində olsa da, bu dəfə proses tamam başqa istiqamətdə inkişaf edir.
Məlumdur ki, aprel ayı tikinti mövsümünün başlanğıcı hesab edilir. Bu ayda həmişə alıcılıq qabiliyyəti yüksək olur. Ancaq tikinti bazarında apardığımız müşahidələr bunun əksini deməyə əsas verir. Bazarda satan çoxdu, alan isə yox səviyyəsindədi.
Bazarda əksər tikinti materillarının qiymətləri isə ötən aylarla müqayisədə dəyişməz qalıb. Sement, qum, kərpic, armatur, şifer və mismarın dəyəri stabilliyini qoruyub.
- Baxış: 286