• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1936
— 19.04.2020 20:31

Koronavirusa qalib gələn mübariz Azərbaycan qadını

KepezTV Player

Zəmanəmizin baş bəlasına çevrilən karonavirusa yoluxmamaq üçün mübarizə bir yana, yoluxub sağalmaq üçün aparılan mübarizə isə başqa yana. Dünyanı lərzəyə salan bu xəstəliklə çarpışan Parisdəki Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva kanalımıza eksklüziv müsahibə verib.Diaspor rəhbərinin xəstəliyə yoluxduğu dövrdə yaşadıqlarını birgə izləyəcəyik.

Azərbaycan diasporunun fəallarından olan Mirvari Fətəliyeva bütün dünyanı lərzəyə salan koronavirusa yoluxan həmvətənlilərimizdən oldu. Fransada ölkəmizi təmsil edən Mirvari xanım, həmin ölkədə yoluxmanın çoxalması səbəbindən bu virusdan qoruna bilmədi. Ev şəraitində müalicə olunduğunu söyləyən diaspor rəhbəri nəfəs almaqda çətinlik çəkdiyini bildirib.

Mirvari Fətəliyeva Paris Azərbaycan Evinin prezidenti: COVİD-19 virusuna yoluxduğumu həmən anlamadım.5-6 gün ərzində özümü çox enerjisiz, yorğun hiss etməyə başladım.Sonra digər simptomlarda ortaya çıxmağa başladı.Məndə baş ağrıları, eyni zamanda boğaz ağrısı, hərarət hiss etdim. Hər bir insanda olduğu kimi məndə də simptomlar fərqli idi.

Mirvari Fətəliyevanın evdə müalicə almasına səbəb isə  xəstəxanalarda yer olmaması olub. Virusla mübarizədə ən önəmli məsələlərdən birinin psixoloji faktor olduğunu vurğulayan həmvətənlimiz hazırda özünü yaxşı hiss etdiyini, hətta sağaldığını deyir.

Mirvari Fətəliyeva Paris Azərbaycan Evinin prezidenti: Müalicəm artıq bir neçə vaxtdır ki, başa çatıb.Özümü daha yaxşı hiss edirəm.Bir şeyi demək istəyirəm ki, bu virusla mübarizə dərmanlar bir tərəfə, psixoloji baxımdan güclü olmağı tələb edir.İmmunitet əsla aşağı düşməməlidir.Bunun üçün də psixoloji faktor çox önəmli sayılır.

Xanım diaspor rəhbəri çox gec olmadan insanları özlərini təcrid etməyə çağırıb. O, virusdan qorunmağın tək yolunu qayda qanunlara riayət etməkdə görür.

Mirvari Fətəliyeva Paris Azərbaycan Evinin prezidenti:Panikaya, qorxuya düşmək immuniteti aşağı salır.Çalışın ki, qətiyyən panikaya düşməyəsiniz.Bu virus var, bütün ölkələr bu virusla mübarizə aparır.Ümid edirəm ki, bu mübarizədən hər birimiz qalib çıxacağıq.Ama hal-hazırki vəziyyətdə düşünün ki, hər birimiz müharibə şəraitində yaşayırıq və bu müharibə şəraitində hər birimiz vətəndaşlıq borcumuzu yerinə yetirərək, dövlətin qarşımızda qoyduğu qaydalara əməl etməliyik.

Qaydalara əməl etmək həm də bir məsuliyyət hissi tələb edir. Azərbaycan qadını isə bütün sahələrdə məsuliyyətli, mübariz və dəyanətlidir. Sözügedən zaman üçün mübarizliyin ən bariz nümunəsi isə "Karona" adlı virusdan qorunmaq, yoluxmuşuqsa, yaxa qurtarmaqdır. Elə Mirvari Fətəliyeva kimi... Sağlam qalmamız diləyi ilə...

Valeh Anaroğlu