• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1626
— 19.04.2020 20:30

Sərnişin qatarlarının hərəkətinə qoyulan məhdudiyyətin vaxtı uzadılıb

Nazirlər Kabinetinin qərarına əsasən, xüsusi karantin rejiminin 4 may saat 00:00-dək uzadılması ilə əlaqədar olaraq, yük daşımaları istisna olmaqla, ölkəmizdə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışa, yerli hava uçuşlarına tətbiq edilən məhdudiyyətlər həmin tarixədək qüvvədə saxlanılır. Bakı-Tbilisi- Bakı (Böyük Kəsiyə kimi), Bakı-Böyük Kəsik-Bakı, Bakı-Köçərli-Balakən-Bakı, Bakı-Astara-Horadiz-Bakı və Bakı-Gəncə-Bakı sərnişin qatarları mayın 4-dək hərəkətdə olmayacaq.