• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1612
— 19.04.2020 12:06

"icaze.e-gov.az" portalı və 8103 SMS icazə sistemi 4 mayadək qüvvədə olacaq

KepezTV Player

Azərbaycanda xüsusi karantin rejiminin 4 may tarixinə qədər uzadılması ilə əlaqədar "Xüsusi karantin rejiminin tətbiqi xamanı icazələrin alınması və monitorinqi Sistemi” müvafiq tarixədək fəaliyyətdə olacaq. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, xüsusi karantin rejimi müddətində əməkdaşlar üçün icazənin alınması ilə bağlı qeydiyyatdan keçmiş dövlət və özəl təşkilatların rahatlığını və onların iş prosesinin davamlılığını təmin etmək məqsədi ilə icaze.e-gov.az portalında qeydə alınmış bütün icazələrin müddəti mayın 4-dək uzadılır. Bununla yanaşı, yeni icazələrin əlavə olunması, mövcud icazələrin ləğvi və ya əməkdaşlar üçün icazənin qüvvədə olma müddətinin son tarixi müəyyənləşdirilə bilər. Eyni zamanda evdən çıxmaq istədiklərinə dair icazə əldə etmək üçün isə vətəndaşlar tərəfindən mobil nömrədən icazənin məqsədini bildirən xüsusi kod və şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi SMS-lə 8103 qısa nömrəsinə göndərilməlidir. Yaşı 65-dən yuxarı insanlara evdən çıxmaq qadağandır.