• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1429
— 19.04.2020 12:01

Mehriban Əliyeva Azərbaycanın xristian icmasını təbrik edib

KepezTV Player

Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi İnstaqram səhifəsində Pasxa bayramı münasibətilə Azərbaycandakı xristian icmasına təbrik paylaşımı edilib. "Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bu əziz gündə vətəndaşlarımızın sağlamlığı, xoşbəxt gələcəyi, ölkəmizin əmin-amanlığı naminə dualar edilir. Bütün bu dua və diləklərə qoşularaq əmin olduğumu bildirirəm ki, biz bu gün üzləşdiyimiz çətinliklərin öhdəsindən xalqımızın həmrəyliyi, əzmi və iradəsi sayəsində uğurla gələcəyik! Uca Tanrıdan hər birinizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik arzulayıram!", - deyə Mehriban Əliyeva vurğulayıb. **Pasxa xristianların ən qədim, mühüm və sevimli bayramlarından biridir. Müqəddəs Pasxa Günü - İsa Məsihin Dirilməsi bayramı bu il pravoslav təqvimi ilə aprelin 18-dən 19-na keçən gecə qeyd edilib. Ənənəyə görə, dindarlar cümə axşamı səhər kuliç bişirir, axşam pasxa hazırlayır, şənbə günü onları kilsəyə aparır, şənbə günündən bazar gününə keçən gecə isə Pasxanın və İsanın Dirilməsi bayramının başlanmasını bildirən Xaç yürüşü edirlər. Bu il koronavirus pandemiyası ilə əlaqədar ölkədə karantin rejiminin gücləndirilməsi səbəbindən pravoslav məbədlərində Pasxa ibadəti dindarların iştirakı olmadan yerinə yetirilib. Mərasimdə yalnız ruhanilər iştirak ediblər.