Elə idman sahəsində fəaliyyət göstərənlər də bu siyahıda yer alıb. İnsanları evdə qalmağa və həyatları xilas etməyə çağıranlar sırasında tanınmış futbol azarkeşi Elmar Əliyev də var. “Kəpəz” klubunun azarkeşlərlə iş üzrə əlaqələndiricisi karantin rejimi tətbiq olunandan şəxsi gigiyena qaydalarına, özünütəcrid tədbirlərinə əməl etməyə çalışır.
Vaxtilə futbolla məşğul olan Elmar Əliyevin peşəkar oyunçu olmaq istəyi həyata keçməyib. İndi onun yolunu “Kəpəz”in aşağı yaş qruplarından ibarət komandalarında top qovan övladları davam etdirib, baş tutmayan arzularını reallaşdırmağa həvəsli görünürlər. Evdə qalan “amiqo” ləqəbli azarkeş uşaqların hazırlığına diqqət yetirir, boş vaxtlarını “Kəpəz”in oyunlarını izləməklə keçirir.
Elmar Əliyev evdə qalmanın vacibliyini aktiv istifadəçisi olduğu sosial şəbəkələr vasitəsilə də insanların diqqətinə çatdırmağa çalışır. Bu yöndə daimi olaraq çağırışlar edir.
- Baxış: 983