• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2177
— 18.04.2020 20:38

İmanlılar ailəsi "Həyat evdədir" deyir!

Təbiətin gözəlliyi, həyatın gedişatı, hətta fəsillərin dəyişkənliyi belə ruhən seçilmiş insanları yeniliklər yaratmağa sövq edir. Xəyal dünyasına bağlı olan bu insanlar digərlərindən öz düşüncələri və həyata baxışları ilə fərqlənirlər. Onlar təbiətə bizim kimi baxmır, gördüklərini göz yaddaşına həkk edir, duyduqlarından hekayələr, romanlar ərsəyə gətirirlər. Əlinə qələm alan zaman duyğularını ortaya qoyan və yaranan qızıl sətirləri sevə-sevə kağıza köçürən bu insanlara ədəbiyyat adamları deyirlər. Günümüzdə hekayələrin real dəyərini insanlara aşılayanlardan biri də yazıçı Salman İmanlıdır. Salman müəllim hazırki situsiya ilə bağlı insanları həyat evdədir aksiyasına qoşulmağa dəvət edir. Sıradakı materialda yazıçının karantin gündəliyi ilə tanış olacağıq.