• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 846
— 18.04.2020 20:30

Azərbaycanda xüsusi karantin rejimi uzadıldı

KepezTV Player

Baş nazir Əli Əsədov ölkədə karantin rejimin uzadılması barədə qərar qəbul edib. Qərara əsasən koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 4 may 2020-ci il saat 00:00-dək uzadılıb. Nazirlər Kabineti və Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilən bütün məhdudiyyətlər, tələblər və rejimlər öz qüvvəsində saxlanılıb. Bundan irəli gərək bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədə qərar verilib. İlk tədris günü mayın 4-ü müəyyən edilib.Bununla belə uzadılan karantin rejimindən mərhələli çıxış planı hazırlanaraq növbəti həftə ərzində ictimaiyyətə təqdim olunacaq. Eyni zamanda ölkədəki sanitar-epidemioloji vəziyyət təhlil edilərək hətta uzadılan karantin rejimi dövründə ayrı-ayrı sahələrdə tətbiq olunan məhdudiyyətlərin yumşaldılması da istisna deyil. COVID-19 virusuna yoluxma dinamikası və xəstəliklə əlaqədar ölkədəki ümumi vəziyyət təhlil edilərək zərurət olduqda karantin rejiminin yenidən sərtləşdirilməsi də mümkündür.Xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar olaraq Azərbaycanla Gürcüstan və İran arasında dövlət sərhədinin müvəqqəti bağlı saxlanılması 2020-ci il 4 may saat 00.00-dək uzadılır.