• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2023
— 18.04.2020 13:56

Gəncədə karantin rejiminin tələblərinə əməl edənlərin sayı artıb

KepezTV Player

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejiminə əməl etməyən şəxslərə qarşı tədbirləri davam etdirirlər. Əvvəlki günlərdən fərqli olaraq artıq əksər şəhər sakinlərinin rejimin tələblərinə əməl etdiyi müşahidə olunub.

Gəncədə polis əməkdaşları gücləndirimiş iş rejimində çalışırlar. Əsas hədəf isə karantin qaydalarının tələblərinə əməl etməyən hərəkət iştirakçılarını müəyyən etməkdir. Polis əməkdaşları bu tələblərin vətəndaşların sağlamlığının qorunması və virusun törədə biləcəyi digər fəsadların qarşısının alınması məqsədi ilə tətbiq edildiyini diqqətə çatdırıblar. 

Bundan başqa Baş İdarə əməkdaşları şəhər ərazisində qrup halında gəzən sakinlər ilə də maarifləndirici söhbət aparıblar. Virusun yaxın məsafəli ünsiyyət zamanı yoluxma riskinin daha yüksək olduğu vurğulanıb. Əhaliyə mümkün qədər evdən çıxmamaq, zəruri hallarda çıxıldıqda isə tibbi maska, spirt və əlcəkdən istifadə edilməsi tövsiyə olunub. Sevindirici haldır ki əvvəlki günlərdən fərqli olaraq indi şəhər sakinləri daha çox evdə qalmağa üstünlük verirlər.

sakin: Allah dövlətimizi qorusun. Bu bəlanı bizim üstümüzdən götürsün. Biz bu yaşda hər şeyə hazırıq. Polislərimizə, həkimlərimizə öz minnətdarlığımızı bildiririk. Siz ki çöldə bu əziyyəti çəkirsiniz. Biz evdə narahat deyilik. Heç nədən çətinliyimiz yoxdur.

sakin: Bu gün polis əməkdaşları gecə-gündüz çöldədirlər. Həkimlərimiz, analarımız, bacılarımız xəstələrlə 24 saat məşğul olurlar. Bizim vətəndaş kimi borcumuzda odur ki, dövlətimizin verdiyi qanunlara riayət edək. Bu qanunlarla da hamımız həmrəy olaq.

Ümümilikdə bu günədək Gəncə şəhərində karantin rejiminin tələblərini pozduğu üçün  531 şəxsə  müxtəlif məbləğlərdə cərimə protokolu yazılıb. 9 şəxs isə inzibati qayadada həbs edilib.

Natiq Hüseyn