KepezTV Player
Çinin Uhan şəhərində yeni tip koronavirusdan ölənlərin sayının doğru göstərilmədiyi ortaya çıxıb. Məlum olub ki, pandemiya başlayandan Uhanda koronavirusdan daha 1290 ölüm halı baş verib. Bununla da, Uhanda ölənlərin sayı 3 869 nəfər olub. Bundan əvvəl isə Uhanda virusdan ölənlərin sayı 2 579 nəfər göstərilirdi. Dəqiqləşmə nəticəsində Uhanda virusa yoluxmuş insanların sayı isə daha 325 nəfər artıb və 50 333 nəfərə çatıb. Bildirilib ki, statistikanın yanlışlığına evdə ölənlərin qeydə alınmaması, tibb işçilərinin azlığı baxımından doğru qeydiyyat aparılmaması səbəb olub. Son dəqiqləşmədən sonra Çində ümumilikdə virusa yoluxanların sayı 82 692, ölənlərin sayı isə 4 632 nəfərdir.
- Baxış: 318