• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1701
— 17.04.2020 11:58

Milli Məclis AŞPA-ya etiraz məktubu göndərib

KepezTV Player

Milli Məclis Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində qondarma “seçkilər”ə münasibət bildirmədiyinə görə Avropa Şurası Parlament Assambleyasına etiraz məktubu göndərib. Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib. Vurğulayıb ki, AŞPA-nın bu qondarma “seçkilərə” münasibət bildirməməsi təəssüf doğurur. Qafarova həmçinin antimilli qüvvələri tənqid edib. Deyib ki, həmin anti-milli qüvvələr ermənilərin maraqlarına xidmət edirlər.