• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1119
— 16.04.2020 20:49

Sahibkarlar da nəcib təşəbbüsə qoşulur

KepezTV Player

Nazirlər Kabineti yanında Operativ Qərərgahın tətbiq etdiyi karantin rejiminə uyğun olaraq yaşı 65-dən yuxarı vətəndaşların evdənçıxma qadağası nəzərə alınaraq Gəncədə tənha yaşayan ahıl şəxslərə və aztəminatlı ailələrə yardımlar davam edir. Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə davam edən yardım aksiyasına sahibkarlar və iş adamları da dəstək verirlər. Belə ki, tənha yaşayan ahıl vətəndaşların evlərinə və aztəminatlı ailələrə baş çəkilir, onlara ərzaq yardımı edilir. Qida məhsulları ilə yanaşı, vətəndaşlara steril vasitələr də paylanılır. Bu gün reallaşan belə aksiyada ümumilikdə 100 aztəminatlı ailə, o cümlədən yaşı 65-dən yuxarı tənha ahıl şəxsə ərzaq yardımı edilib.