• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1337
— 16.04.2020 12:34

Karantin qaydalarını pozan 3 minə yaxın sürücü məsuliyyətə cəlb edilib

KepezTV Player

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə, aprelin 15-dən 16-dək respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 2923 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.Baş Dövlət Yol Polis İdarəsindən verilən məlumata görə, ümumilikdə aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 22 859 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.