• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1788
— 16.04.2020 12:31

Azərbaycanda COVID-19-a qarşı yeni layihəyə start verilib

KepezTV Player

Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü, Heydər Əliyev Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və Səhiyyə Nazirliyinin dəstəyi ilə Azərbaycanın regionlarındakı xəstəxanalarda COVID-19-a qarşı mübarizə tədbirləri ilə əlaqədar əsas bacarıqları gücləndirmək üçün REACT-C19 layihəsinə start verilir. Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin sədri Ramin Bayramlı deyib ki, layihədə Türkiyədə çalışan 19 azərbaycanlı həkim iştirak edəcək. Layihənin məqsədi hazırda COVID-19-a yoluxmuş xəstələrin müalicəsi üçün bölgələrdəki seçilmiş xəstəxanalarda COVID-19-la bağlı əsas bacarıqları sürətlə inkişaf etdirməkdir. Layihə çərçivəsində bölgələrdə yerləşən xəstəxanalarda çeşidləmə “triaj” sisteminin tətbiqi, infeksiyaların qarşısının alınması və nəzarət, xəstəlik hallarının idarə olunması, reanimasiya sistemlərinin qurulması, xəstəxanalardakı heyətə lazımi sistemlərin yaradılması və uzunmüddətli saxlanılmasıilə bağlı sürətli təlimlər keçmək, bu xəstəxanlarda yeni təlim keçmiş kadrları dəstəkləmək üçün onlayn, mobil və ya rəqəmsal texnologiyalar yaratmaq nəzərdə tutulur.Türkiyədən gəlmiş azərbaycanlı həkimlərdən formalaşdırılmış dörd heyətin hər birində infeksiyanın qarşısının alınması və nəzarət, triaj, yoluxma hallarının idarə olunması və Ağır Kəskin Tənəffüs Sindromu (SARS) üzrə mütəxəssislər təmsil olunur.