• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1026
— 15.04.2020 18:04

Yas mərasimində iştirak etmək adı ilə evdən çıxanlar...

KepezTV Player

Yas mərasimində iştirak etmək adı ilə həqiqətə uyğun olmayan və ya yaxın qohumluq statusu daşımayanların bu bəhanə ilə 8103 qısa nömrəsi vasitəsi ilə icazələr alaraq epidemiya əleyhinə rejimin tələblərini pozan şəxslər də müəyyən edilib. Aprelin 14-ü və 15-i tarixləri arasında Bakı və Respublikanın ayrı-ayrı rayonlarında bu üsuldan istifadə edərək karantin qaydalarını pozan ümumilikdə 115 nəfər aşkarlanıb. Həmin şəxslər polis idarə, şöbə və bölmələrinə gətirilərək izahatları alınıb. Bu cür süi-istifadə hallarına yol verənlər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə müvafiq tədbirlər görülüb və hər biri 100 manat məbləğində cərimə edilib. Bir nəfər barəsində isə inzibati qaydada məhkəmənin qərarı ilə həbs qərarı çıxarılıb.