• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1823
— 15.04.2020 15:50

Bu tələbələrin təhsil haqları dövlət vəsaiti hesabına ödənilməyəcək

KepezTV Player

Normativ təhsil müddətindən çox təhsil alan tələbələrin təhsil haqları dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti hesabına ödənilməyəcək. Bunu Təhsil nazirinin müavini İdris İsayev deyib. Onun sözlərinə görə, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbənin təhsil haqqının dövlət büdcəsi hesabına ödənilməsi üçün həmin tələbə normativ təhsil müddətində təhsil almalıdır: “Ali təhsilin bakalavriat təhsili üzrə normativ təhsil müddəti 4 ildir. Magistratura səviyyəsi üzrə il yarım və iki ildir. Orta ixtisas təhsili müəssisələrində təhsil müddəti 2 il, peşə təhsili pilləsində təhsilin müddəti 6 aydan 4 ilə qədərdir. Lakin elə tələbə olur ki, o, normativ təhsil müddətindən çox təhsil alır. Məsələn, bakalavriat səviyyəsi üzrə təhsil alan tələbə kəsiri olduğu üçün 5 və ya 6 il oxuyur. Təhsil haqqının dövlət vəsaiti hesabına ödənilməsi bu tələbələrə şamil edilməyəcək”. Sitatın sonu.