• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1703
— 15.04.2020 16:02

Gəncədə ərzaq satışı məntəqələrində monitorinqlər keçirilib

KepezTV Player

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən ərzaq məhsullarının satışı məntəqələrində monitorinqlər davam etdirilir. Qida məhsullarının satışı ilə məşğul olan sahibkarlıq subyektlərinə termiki emal olunmadan və xüsusi təmizlənmədən keçmədən istifadə olunan qida məhsullarının uyğun yerlərdə saxlanılması, bu məhsulların alıcılara xüsusi geyimli market əməkdaşları tərəfindən təqdim edilməsi ilə bağlı tövsiyələr verilib.Təşviqat xarakterli çap materialları ərzaq satışı məntəqələrində quraşdırılıb. İndiyədək Agentlik tərəfindən bu sahədə bir neçə metodiki göstəriş hazırlanaraq respublikamızın bütün bölgələrində, eləcə də Gəncə şəhərində fəaliyyət göstərən müvafiq sahibkarlıq subyektlərinə rəsmi şəkildə təqdim olunub.