• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1742
— 15.04.2020 13:35

Qazaxda əlillərə və məcburi köçkünlərə ərzaq yardımı paylanılıb

KepezTV Player

Qazaxda aztəminatlı və imtiyazlı ailələrə dəstək davam edir. Bu dəfə Qarabağ Müharibəsi və Cernobl əlillərinə, eləcə də rayon ərazisində müvəqqəti məskunlaşan məcburi köçkünlərə ərzaq yardımı göstərilib. 

Pandemiya ilə əlaqədar tətbiq olunan xüsusi karantin rejimi günlərində "Biz birlikdə güclüyük!” aksiyasına Qazax Rayon İcra Hakimiyyəti də qoşulub. Rayon mərkəzində və kəndlərdə yaşayan 425 nəfər Qarabağ müharibəsi əlilinə, Çernobl və hərbi xidmət əlilinə müxtəlif ərzaq məhsullarından ibarət sovqat paylanıb. Bağlamalar "Gənc Könüllülər” və aidiyyatı şəxslər tərəfindən əlillərin yaşadıqları ünvanlara çatdırılıb.

Baxış Hüseynov - Qarabağ müharibəsi əlili: Bu gün gözləmədiyimiz  halda bu yardımı bizə gətirdilər. Bir neçə ailələr sevindi. Allah kömək olsun. Xalqımızı dövlətimizi var olsun. Dövlətçiliyimiz var olsun.

Namiq Alıyev - Qarabağ müharibəsi əlili: Dövlətimizin bizə olan qayğısını hər zaman üzərimizdə hiss edirik. Buna misal olaraq dörd gün bunadan əvvəl Qazax rayonunda şəhid ailələrinə göstərilən maddi yardım onlara mənəvi dəstək bunun bariz nümunəsidir.

Rəşad Qocayev - Qarabağ müharibəsi əlili: Koronovirus bəlası yaranandan bizdə başarmışıq ki nə isə dövlətimizə dəstək olaq. Amma dövlətimiz yenə çətin vəziyyəti nəzərə alaraq bizlərə çox dəstək olur. Çox razıyıq.

Qazaxda Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə başlanılan xeyriyyə aksiyasına Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası da qoşulub. Özündə birliyi, həmrəyliyi, dövlət qayğısını əks etdirən bu xeyirxah aksiya çərçivəsində akademiya tərəfindən Qazaxda 114 məcburi köçkün ailəsinə ərzaq yardımı çatdırılıb.

Lalə Qələndərova - məcburi köçkün: Allah razı olsun. Biz məcburi köçkün ailəsiyik. Bizə bu cür köməklik etdikləri üçün çox sağolsunlar.

İmtiyazlı kateqoriyaya aid vətəndaşlara dəstəyin davamlı olacağı bildirilib və evdə qalıb karantin rejiminin tələblərinə əməl etmək tövsiyyə olunub.

 

Natiq Hüseyn