Video Player
  • KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1702
— 14.04.2020 20:29

Koronovirusa görə, qan donorlarının sayı 2 qat azalıb

Video Player
KepezTV Player

Solmaz Zeynalova  MQB-nin Gəncə bölməsinin həkim-hematoloqu : Həftənin 2-3 günü dializ alan xəstələr var. Onlara həftədə 1 dəfə qan köçürülür. Qan nomradan çox aşağı düşəndə 2-3 dəfə qan köçürmək lazım gəlir. Talesemiyadan əziyyət çəkən, həftədə 1 dəfə, 15 gündə qan alan xəstələrimiz var. Yəni ayda bir dəfə qan köçürmək olsa, vəziyyətdən çıxış yolu var, belə çox çətindir.

Ümumilikdə, 12 rayonu əhatə edən Mərkəzi Qan Bankının Gəncə bölməsində hazırda qeydiyyatda olan 112 nəfər talessemiya, 60-a yaxın isə hemofiliyalı xəstə var. Mövcud vəziyyətdə həmin pasiyentlərə donor tapmaqda çətinliklər var. Çünki əksəriyyət qan verməyə ehtiyat edir, bununla immunitetinin aşağı düşəcəyinə, koronovirusa yoluxacağını düşünür. Həkimlər isə tamam əksi, heç bir narahatlığa əsas olmadığını deyirlər.

Solmaz Zeynalova  MQB-nin Gəncə bölməsinin həkim-hematoloqu : Özünü sağlam hiss edənlər, hər hansı bir infeksion xəstəlik keçirməyən sağlam şəxslərdən anamnez toplayırıq, analizlər alınır, qan götürürük. Onların 1 ay müddətində səhhətində hansısa bir narahatlığı olmaması da nəzərə alınır. Belə şəxslər ehtiyat eləməsinlər, bütün tibbi ləvazimatlar sterildir, birdəfəlik istifadə üçün nəzərdə tutulub.

Qan vermək üçün könüllü müraciətlər olsa da, hazırda ölkənin ikinci böyük şəhərində əvvəlki aylarla müqayisədə donorların sayı 2 qat azalıb. Bu baxımdan paytaxtda vəziyyət daha qənaətbəxşdir. Əgər Gəncədə situasiya bir qədər də, qəlizləşərsə yaranan qan ehtiyacını Mərkəzi Qan Bankından tədarük hüsabına ödəmək nəzərdə tutulub.