• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1724
— 14.04.2020 23:58

46 şagirdin ailəsinə sovqat paylanıldı

KepezTV Player

“Ailənizi qoruyun - evdə qalın!” şüra alıtında Gəncə şəhər Təhsil İdarəsinin təşkilatçılığı ilə yardım aksiya baş tutub. Şəhərin orta məktəblərində oxuyan valideynlərini itirən şagirdlərin, imkansız, əlil və şəhid ailələrinin üzvü olanlara ərzaq sovqatları paylanılıb.

Gəncə şəhər təhsil idarəsinin dəstəyi ilə yardımlar, köməkliklər göstərilir. Bu yardımlar mütamadi olaraq davam etdiriləcək.

Təhsil İdarəsi tərəfindən sovqatlar aztəminatlı insanlara, hər iki valideynini itirən şagirdlərin himayəçilərinə, şəhid ailələrinə verilib. Ərzaq payları gündəlik qida məhsullarından və gigiyenik vasitələrdən ibarət olub. Maarifləndirici söhbət zamanı xüsusi karantin rejimi qaydalarına əməl etməyin vacibliyinə toxunulub.

Firuzə Verdiyeva TITLE: valideyn :18 nömrəli məktəbdə valideyinəm. Qızım 8-ci sinifdə oğlum 5-ci sinifdə oxuyur. Təhsil idarəsinən təşəkkürümü bildirirəm ki, valideynlərə belə köməkliklər etdilər.

Zakir Hüseynov TITLE: Gəncə şəhər Təhsil İdarəsinin rəisi:Hər iş könüllü həyata keçilir. Məktəb direktorları öz məktəblərində oxuyan zəif imkanlara malik ailələri daha yaxşı tanıyırlar və ona görədə həmin ailələrə bir başa yardım göstərirlər. Bu cür aksiyalar dəfələrlə başqa cür keçirilib. Ancaq karanvirusun tuğyan etdiyi bir vaxtda karantin dövründə yaşıyan və ərzaq çətinliyi olan ailələrə biz bu köməklikləri göstəririk

Eləcə də məktəblər üzrə bir qrup şagirdin ailələrinə də ərzaq bağlamaları aparılıb. Fərdi söhbətlər zamanı sağlamlığın təminatı baxımından evdən çıxmamağın vacibliyinə diqqət yönəldilib.

Karanavirusla əlaqədar sizədə yardım edirik. Evdə qalın, özünüzə yaşı baxın və hər zaman sağlamlığınızı düşünün. Təhsil idarəsi tərəfindən elədiyiniz bu yardımlara görə minnətdaram. Allah bu bəlanı xalqımızın millətimizin üstündən götürsün, çox sağl olun.

“Ailənizi qoruyun - evdə qalın!” şüra ilə reallaşan yardım aksiya zamanı 46 ailəyə sovqat paylanılıb.