Ölkə ərazisində işsiz vətəndaşlara ödəmələrin verilməsinə başlanıb və proses hər gün davam edir. İlk olaraq 75 min işsiz şəxs üçün birdəfəlik ödəmə bank filiallarına və poçt şöbələrinə köçürülüb. Gəncə şəhərində yaşayan və işsiz olan vətəndaşlar arasında birdəfəlik ödəməni alan vətəndaşlar da var.
Sabrina Süleymanova sakin : İşsiz kimi qeydiyyatdan keçdim. Mesaj gəldi. Poçta yaxınlaşdım kimliyim ilə. 190 manat pulumu verdilər, gedirəm.
Şəhla Hüseynova sakin: SMS gəldi. Poçta yaxınlaşdım.Şəxsiyyət vəsiqəmi təqdim etdim. Ödənişi aldım.
Ödəmələr həyata keçirildiyi gündən etibarən Gəncədə poçta müraciət edənlərin sayı artıb. Mobil telefonuna gələn SMS və şəxsiyyət vəsiqəsi ilə müraciət edən 1000-dən artıq vətəndaşa Gəncə Regional Poçt Filialı tərəfindən ödəmələr edilib. Proses davam edir.
Tural İsgəndərov Gəncə Regional Poçt Filialının rəisi: Bu günə qədər 1500 şəxsə ödəniş edilib.Prasedüra belədir ki, vətəndaş mobil telefonuna gələn SMS-i və şəxsiyyət vəsiqəsi ilə yaxınlaşır.190 manat vətəndaşlara ödəniş olunur.
Ödəməni almaq istəyən işsiz şəxs evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, mesajda “Azərpoçt” MMC qeyd edilərsə - istənilən poçt şöbəsinə, bank göstərilərsə - həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edib onun üçün köçürülən birdəfəlik ödəməni ala bilər.
Valeh Anaroğlu
- Baxış: 759