KepezTV Player
Koronavirus infeksiyasına qarşı mübarizə məqsədilə Gəncədə də tibbi maska istehsalına başlanılıb. Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov istehsal prosesini izləyib və dərzilərin fəaliyyəti ilə tanış olub. Əgər əvvəl tibbi maskalar daxili imkanlar hesabına 3-5 dərzi xanım tərəfindən tikilirdisə, hazırda istehsal prosesinə 20-a yaxın işçi cəlb edilib. Xammal biçilərək dərzilərə paylanır, onlar isə öz növbələrində tibbi maskaları istifadəyə hazır vəziyyətə gətirirlər. Steril şəraitdə hazırlanan tibbi maskalar xidmət sahələrində çalışan şəxslərə, o cümlədən Gəncə Uşaq Evi və Gəncə şəhər Pensiyaçıların Ərazi Sosial Xidmət Mərkəzinin əməkdaşlarına təmənnasız paylanılacaq.
- Baxış: 536