• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 922
— 14.04.2020 12:32

Maliyyə dəstəyi proqramına müraciət edən fərdi sahibkarların sayı açıqlandı

KepezTV Player

Aprelin 9-dan başlayaraq 108 53 muzdlu işçisi olan 1000-dən yuxarı vergi ödəyicisi olan hüquqi şəxs və 600-dən çox fərdi sahibkar maliyyə dəstəyi proqramından yararlanmaq üçün müraciət edib. Bu tədbirlər çərçivəsində sahibkarlara vergi güzəştlərinin və tətillərinin verilməsi, sosial sığorta haqqları üzrə yüklərinin azaldılması, sahibkarların muzdlu işçilərinə ödədikləri əmək haqqının bir hissəsinin dövlətin ayırdığı vəsait hesabına ödənilməsi nəzərdə tutulub. Fərdi sahibkarlara isə birbaşa maliyyə dəstəyinin göstərilməsi təmin ediləcək. Artıq aidiyyəti dövlət qurumları tərəfindən sahibkarlıq subyektlərinin müraciətlərinin asanlaşdırılması ilə bağlı xüsusi proqram təminatı hazırlanıb və istifadəyə verilib.