Endokrinoloqlar zobdan əziyyət çəkənləri xarici görünüşdən tanımağın asan olduğunu söyləyir: Gözlərin bərəlmiş olması, çox arıq, əsəbi olması, ürəyin tet-tez döyünməsi zobun əlamətlərindəndir. Xəstəlik nəticəsində insanlar həddindən artıq səbrsiz, kəmhövsələ olurlar. Bu cür əlamətləri hiss edən adam mütləq mütəxəssisə müraciət etməlidir. Bəs karantin dövründə sözügedən probden əziyyət çəkənlər nə etməli?
Tibb işçiləri məsləhət görür ki, gündəlik orqanizmin tələbatını ödəmək, yod çatışmazlığını aradan qaldırmaq üçün tərkibində yodla zəngin qidalara üstünlük verməliyik...
Yalnız ehtiyac yarandığı təqdirdə mütləq həkimə müraciət edin və bunu nə qədər tez etsəniz, bir o qədər sağlamlığınızın qeydinə qalmış olarsınız. Çalışın, sağlam olun. Amma indiki dövrdə həyatın evdə olduğunu da unutmayın.
- Baxış: 358