• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 711
— 13.04.2020 19:54

Könüllülər tərəfindən yardım aksiyası keçirilib

KepezTV Player

Gəncədə bir qrup könüllü gənc “Biz birlikdə güclüyük” adlı yardım aksiyası keçirib. Yaşı 65-i keçmiş tənha və ahıl insanlara, aztəminatlı ailələrə karantin rejimi ilə əlaqədar evdən çıxmaq imkanı olmayan şəxslərə yardım paylanılıb. Aksiyanın əsas məqsədi risk qrupuna aid vətəndaşların evdə qalmalarına nail olmaq və beləliklə, onları virusdan mümkün qədər qorumaqdır. Bunun üçün ahıl vətəndaşlara içərisində gündəlik istifadə olunan ərzaq məhsulları və tibbi ləvazimatlar olan yardım bağlamaları çatdırılıb.

Tural İsaqov - aksiya iştirakçısı: Koronavirus pandemiyası ilə bağlı dövlət və xalq arasında böyük həmrəylik var.Hamı çalışır ki, bu virusla mübarizədə birlik nümayiş etdirsin.Biz də öz növbəmizdə gənc könüllülər olaraq Cənab Prezidentin “Biz birlikdə güclüyük” şüarını özümüzə deviz seçərək xeyriyyə aksiyası başlatmışıq.Müraciətlər bizə ən çox sosial şəbəkələr üzərindən olur.Bundan başqa dostlarımız tanışlarımız bizə tanıdıqları ehtiyaclı ailələr haqqında məlumat verirlər.