• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 701
— 13.04.2020 11:43

Şəmkirdə evlərdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanıldı

KepezTV Player

Şəmkirdə silsilə oğurluq edən şəxs saxlanılıb. Üç evdən külli miqdarda qızıl zinət əşyasını və nəğd pulu oğurlayan vətəndaşın əsas hədəfi bağlı qapılar olub. 

Şəmkir rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində üç oğurluq faktının üstü açılıb. Müəyyən edilib ki, Çinarlı qəsəbə sakini 28 yaşlı Nicat Kərimov evlərdə heç kimin olmamasından istifadə edərək öz çirkin niyyətini həyata keçirib. Əldə etdiyi qızıl zinət əşyalarını isə müxtəlif ünvanlarda tanımadıqları şəxsə satıb.

Elvin Gözəlov - baş müstəntiq: Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Şəmkir rayonu Çinarlı qəsəbə sakini əvvəllər cinayət məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş Kərimov Nicat Etibar oğlu 2020-ci ilin yanvar fevral mart aylarında Şəmkir rayonu Aşağı Seyfəli kəndində yerləşən üç evə qanunsuz daxil olaraq oradan müxtəlif növ qızıl-zinət əşyaları və nəğd pulu gizli olaraq talayıb oğurlayıb. Nicat Kərimov tərəfimdən şübhəli kimi saxlanılıb.

Saxlanılan şəxs hər üç oğurluq cinayətinin onun tərəfindən törədildiyini səmimi etiraf edib. O oğurluq yolla əldə etdiyi qızılları dəyər dəyməzinə satdığını, pulunu isə Bakıda kef məclislərinə xərclədiyini deyib.

Nicat Kərimov - saxlanılan şəxs: Qapıya baxdım bağlıdır. Hasardan düşüb evə daxil oldum. Bir az axtarıb pul qızıl tapdım. Qızılları həmin gün Gəncədə 2700 manata satdım. Sonrada Bakıya getdim.

Hazırda Nicat Kərimovun digər analoji cinayətlərdə əlinin olub olmaması istiqamətində araşdırmalar davam etdirilir. Artıq mövcud faktlarla bağlı oinun barəsində yerli məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Natiq Hüseyn