• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1345
— 12.04.2020 20:35

Distant təhsilin səmərli təşkili necə olmalıdır?

KepezTV Player

Dünyada koronavirus pandemiyasının yayılmasına baxmayaraq tədris distant formada davam etdirilir. Mütərəqqi metodlardan istifadə etməklə onlayn təhsilin tətbiqi gündəmdə olan məsələlərdəndir. Bu işdə müvəffəqiyyət dərəcəsini öyrənmək üçün isə səmərəli təşkil olunan sistemdən istifadə etmək lazımdır. Bəs bu sistem hansı formada təşkil olunmalıdır? Ətraflı Valeh Anaroğlunun materialında...

Distant təhsil sistemi son dövrün ən aktual məsələlərindəndir. Üstünlükləri olduğu qədər, təşkili ilə bağlı bir sıra önəmli məsələlər də var. Xüsusən də kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyən olunması üçün avtomatlaşdırılmış sistemdən istifadə olunması labüddür.

Tələt Rzayev İT mütəxəssis: Distant təhsil formalarının əsas formalarından biri olan canlı lövhə, daha sonra auditoriyadan sorğunun alınması, tədris vəsaitlərinin təqdimat formasına gətirilməsi, onun üzərində izahatın aparılması və bu kimi digər proseslər avtomatlaş şəkildə olmalıdır.Distant təhsil proqramlarında, proqramın imkanlarından istifadə edərək, auditoriya sorğu sisteminin təşkil olunması daha məqsədəuyğundur.

Bu təhsil formasının imkanları genişdir. Dərs zamanı izah olunan materiallar,verilən tapşırıqlarla bağlı şagird müəlliminə sual vermir, bütün proseslər sistemin yaddaşına yazılır. Qaranlıq məqam olarsa, şagird daxil olub rahatlıqla həmin qeydlərə yenidən baxa bilir.

Tələt Rzayev İT mütəxəssis:  Fərq əsas ondadır ki, müəllim internet texnologiyalarından maksimum şəkildə istifadə edə bilir.Birinci canlı lövhə sistemidir. Bu sistemdə müəllim yüklədiyi təqdimatını üzərində qeydlər aparmaqla birbaşa şagirdlərə göstərmək imkanı olur.Şagird yaxud da tələbə ekranın bir hissəsində müəllimi, digər hissəsində lövhəni görür.

Distant təhsil sistemində şagirdin müəllimi aldatmaq kimi bir şansı yoxdur. Çünki peşəkar sistemdə şagird dərsdən ayrılan kimi, müəllimə dərhal xəbərdarlıq ismarıcı göndərilir. İdarəetmə sistemi vasitəsilə təhsilin keyfiyyəti və kəmiyyət göstəriciləri barədə məlumatlar mütəmadi olaraq hər iki tərəfə də göndərilir.

Valeh Anaroğlu