Dünyada hər 6 saniyədə bir insan şəkərli diabetin fəsadlarından dünyasını dəyişir. Xəstəlik orqanizmdə insulin istehsalının pozulması nəticəsində yaranır. Sözügedən problemdən əziyyət çəkən insanlar virusun sürətlə yayıldığı bir zamanda xəstəliyin ağırlaşmaması üçün necə qorunurlar? Həkim tövsiyyələri var...
Statistika göstərir ki, hər 11 nəfərdən bir insan şəkərli diabetdən əziyyət çəkir. Tibb işçiləri ehtimal edirlər ki, 2040-cı ilədək bu xəstəlikdən əziyyət çəkənlərin sayı 642 milyona çatacaq. Rəqəmlər dəhşət doğurur.Koronavirusun tüğyan etdiyi bir zamanda risk qrupuna daxil olan bu insanlar özlərini necə qorumalıdırlar?
Bəzən sağlamlığımız üçün hətta ən çox sevdiyimiz qidalardan belə imtina etməli və yaxud onlardan istifadəni minimuma endirməliyik. Çünki bizim üçün ən qiymətli nemət sağlamlıqdır. Ümumdünya Səhiyyə təşkilatına görə, şəkərli diabet xəstələri nəzarətdədirsə, əlavə bir risk qrupuna daxil olmur. Bəs bu nəzarətə necə əməl edilir?
Diabetdən əziyyət çəkənlər daim özlərinə qarşı müəyyən qadağalar qoyur, məhrumiyyətlərlə yaşayırlar. Şəkərli diabet onlar üçün həyat tərzinə çevrilib. Sağlamlığınıza biganə yanaşmayın, evdə qalın.. Çünki həyat şəkərdən də şirindir.
- Baxış: 301