• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2111
— 12.04.2020 19:57

Qazaxda 800-dən çox ailəyə ərzaq yardımı çatdırılıb

KepezTV Player

Qazax rayonunda "Biz birlikdə güclüyük” devizi altında keçirilən xeyriyyə aksiyasına start verilib. Rayon İcra Hakimiyyəti tərəfindən sərhəddə yerləşən və daim atəş altında olan, Quşçu Ayrım, Məzəm, Fərəhli, Cəfərli və  Bala Cəfərli kəndlərində yaşayan 800-dən  çox ailəyə ərzaq yardımı çatdırılıb. Onlardan 516-sı cəbhəyanı kəndlərdə yaşayanlardır, 286-sı isə şəhid ailəsidir. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ərzaq yardımı edilən Quşçu Ayrım və Məzəm kəndlərində olub, yerli sakinlərlə görüşüb. Xüsusi karantin rejiminin tələblərinə ciddi riayət edilməsinin vacibliyi vurulanıb. Vətəndaşlar  "Biz birlikdə güclüyük” çağırışına daim səs verəcəklərini vurğulayıblar.  Qazax rayon İcra Hakimiyyəti tərəfindən bu cür aksiyalar qarşıdakı günlərdə digər kənd və qəsəbələrdə də davam etdiriləcək.