• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1632
— 11.04.2020 20:58

Avropada olan həmyerlilərimiz koronavirus dövründə

KepezTV Player

Hazırda minlərlə insanı təsiri altına alan Koronavirus artıq hər kəsin qorxulu kabusuna çevrilib desək, yanılmarıq. Hazırda dünyanı bürüyən bu bəla kəskin ağciyər xəstəliyinə səbəb olur və hər kəs ondan qorunmağın yollarını axtarır.Elm üçün naməlum qalan Covid-19 qurbanlarının isə sayı günü-gündən artmaqdadır. Sıradakı video-materialda cari vəziyyətlə bağlı Avropada yaşayan azərbaycanlılar karantin gündəliyindən danışıb.

Hazırda elm dünyası corona virusun quruluşunu açmağa çalışır. Demək olar ki, hər gün durmadan virusu araşdırmaqda olan ölkələrdən fərqli tədqiqat nəticələri gəlir. Bununla belə ötən ilin dekabr ayından dünya səyahətinə çıxan virusun necə və nədən yaradığı ilə bağlı rəsmi bir məlumat yoxdur. Dünya əhalisi sözünəsl mənasında təşviş içindədir. Əfsuslar olsun ki, ölkədə bu situasiyanı ciddiyə almayıb, məsələyə məhsuliyyətsiz yanaşanlar da az deyil. Biz ölkədəki vəziyyətə şahidik.Virusun xüsusilə avropanı cənginə aldığı bir dönəmdə insanlar məsələyə necə münasibət göstərirlər ? Avropadakı vəziyyəti orda yaşayan həmyerlilərimizdən eşidəcəyik.

Covid-19 bütün dünyada sürətlə yayılmaqda davam edir. Azərbaycan epidemiyanın ilk günlərindən etibarən aldığı tədbirlərlə koronavirusun ölkəmizdə böyük ma.tab almasna imkan vermədi. Amma gündəlik açıqlanan rəqəmlər yoluxma hallarının artdığını göstərir. Ona görə də virusun yayılmasının qarşısını almaq gərəkdi. Evdən çıxmamaqla birlik nümayiş etdirməliyik! Unutmayaq ki, həyat sevdiklərimizlə evdə gözəldir.