• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 794
— 11.04.2020 20:37

Azərbaycanda koronavirusa yoluxanların sayı min nəfəri keçdi

KepezTV Player

Azərbaycanda 67 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib, 41 nəfər müalicə nəticəsində sağalaraq evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, 85 yaşlı vətəndaşın anamnezində ürək ritminin pozulması, ürəyin işemik xəstəliyi, postinfarkt kardioskleroz olduğu göstərilmiş, ondan COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb. Bütün zəruri tibbi tədbirlərin həyata keçirilməsinə baxmayaraq pasiyent vəfat edib.Hazırkı dövrədək ölkəmizdə 1058 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 200 nəfəri müalicə olunaraq sağalıb, 11 nəfər vəfat edib, 847 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 27 nəfərin vəziyyəti ağır, 35 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ölkəmizdə müxtəlif karantin zonalarına yerləşdirilən 2840 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. Artan statistika tək ölkəmizdə deyil.Dünyada koronavirusa yoluxanların sayı 1,733,943 nəfərə çatıb. Ölənlərin sayı isə 106,518-i ötüb. 392,843 nəfər sağalaraq evə buraxılıb.