Yaxınlarının dəfn mərasimində iştirak etmək adı ilə 8103-nömrəsinə SMS göndərən Şəmkir sakinlərinin yalan məlumat verdiyi məlum olub. Hər iki şəxs saxlanılaraq barələrində inzibati qaydada tədbir görülüb. Əməkdaşlarımız əməllərinə görə peşmançılıq keçirən şəxslərin etiraflarını lentə alıblar. İzləyək.
Şəmkir rayon polis şöbəsinə Düyərli kənd sakini Mirasəf Seyidovun iki gün ard-arda yaxın qohumunun dəfn mərasimində iştirak etmək üçün 8103-vasitəsi ilə icazə almaq istəməsi barədə məlumat daxil olub. Polis əməkdaşları Seyidovun saxtakarlıq etdiyini müəyyən ediblər. Bu səbəbdən də həmin şəxs rayon polis şöbəsinə dəvət olunub. Şöbədə ifadə verən Mirasəf Seyidov səhv addım atdığını etiraf edib.
Mirasəf Seyidov saxlanılan şəxs: Elə bilirdim yas mərasiminə getmək olar. O dərcədə dəqiq qulaq asmamışdım. Səhv bilmişəm səhv eləmişəm.
8103 yalnış məlumat verən daha bir nəfər isə Şəmkirin Qılıncbəyli kənd sakini Elbrus Səfərov olub. Səfərov da digər həmyerlisi kimi xüsusi karantin rejiminin tələblərini süni şəkildə pozmaq istəyib. Ancaq Şəmkir polisinin araşdırması nəticəsində onun bilərəkdən yanlış məlumat verdiyini üzə çıxarıb. Şöbədə ifadə verən Elbrus Səfərov əməlinə görə peşman olduğunu deyib.
Elbrus Səfərov saxlanılan şəxs: Dəfn mərasimində iştirak etmək adı ilə 3 nöqtəsini basıb 8103-ə SMS göndərmişəm. Yəni səhv etmişəm peşman olmuşam. Üzümü tutub başqa yoldaşlara deyirəm belə iş görməsinlər.
Hər iki şəxsin əməlinə hüquqi qiymət verilməsi üçün toplanan material rayon məhkəməsinə təqdim olunub. Vətəndaşlardan bir daha tələb olunur ki, xüsusi karantin rejiminin tələblərinə ciddi şəkildə əməl etsinlər. Əks halda onlar da Mirasəf Seyidov və Elbrus Səfərov kimi məsuliyyətə cəlb oluna bilərlər.
Natiq Hüseyn
- Baxış: 3167