KepezTV Player
Ötən gün respublikanın avtomobil yollarında nəqliyyat vasitələri tərəfindən xüsusi karantin rejimini pozan şəxslərin sayı açıqlanıb. 10 aprel saat 00:00-dan 11 aprel saat 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1909 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib. Ümumilikdə 1 apreldən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 13227 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb olunub.
- Baxış: 307