KepezTV Player
Goranboy rayonunun Muzdurlar kənd sakini 30 yaşlı Rauf Ələkbərov rayonda karantin rejiminin tələblərini pozmaqda, eləcə də polisin qanunun tələblərinə tabe olmamaqda günahkar bilinib. Rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Ələkbərov barəsində inzibati xətalar məcəlləsinin tələblərinə uyğun olaraq tədbir görülüb. Toplanan material Goranboy rayon Məhkəməsinə təqdim edilib. Məhkəmənin qərarı ilə Rauf Ələkbərov inzibati qaydada həbs edilib.
Natiq Hüseyn
- Baxış: 1057