• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1764
— 10.04.2020 20:09

Baş Polis İdarəsi dezinfeksiya edildi

KepezTV Player

Gəncədə koronavirus pandemiyası ilə əlaqədar qabaqlayıcı tədbirlər davam edir. Nazirlər kabineti yanında operativ qərargahının təlimatlarına uyğun olaraq bu dəfə Gəncə şəhər Baş Polis İdarəsində dezinfeksiya işləri həyata keçirilib. İdarənin inzibati binasında yoluxucu virusa qarşı profilaktik tədbirlər görülüb, xidməti otaqlar, dəhlizlər və növbətçi hissə xüsusi məhlulla yuyulub. Eləcə də Baş İdarənin həyəti, post patrul xidməti və dövlət yol polis idarəsinin 70-dən çox xidməti avtomobili də xüsusi dərman vasitələri ilə dezinfeksiya edilib.