• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 756
— 10.04.2020 20:21

Gəncədə karantin rejimini pozan şəxslər cəzalandırılıb

KepezTV Player

Koronavirus pandemiyası ilə əlaqədar zəruri sosial izolyasiya tədbirlərinə nəzarət davam etdirilir. Gəncədə də reydlər keçirilir, qanunu pozanlar inzibati qaydada məsuliyyətə cəlb edilirlər.

Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının əməkdaşları xüsusi karantin rejimi ilə əlaqədar şəhər ərazisində həm profilaktiki, həm də inzibati tədbirləri davam etdirir. Təşkil edilən yoxlamalar zamanı qadağaları pozan şəxslər barəsində qanuna müvafiq olaraq, tədbirlər görülüb.

Eşqin Qasımov - DİN-in Mətbuat Xidmətinin əməkdaşı: Xüsusi karantin dövründə ümumilikdə, 208 şəxsin xüsusi karantin rejimi tələblərini pozması aşkar edilib. Onlardan 204-ü barədə protokol tərtib olunub. 4 nəfər barəsində isə aidiyyatı məhkəmənin qərarı ilə inzibati həbs seçilib. 19 nəfər iaşə obyektlərinin sahibidir. Bildiyiniz kimi karantin rejiminin tələblərinə uyğun olaraq, bəzi iaşə obyektlərin fəaliyyət göstərməsi qadağandır.

Qeyd olunan statistik rəqəmlər martın 14-dən bugünədək olan dövrü əhatə edir. Xüsusi karantin rejimi ilə bağlı tədbirlər davam etdiriləndən sonra rəqəmlərin artacağı istisna edilmir. Buna imkan verməmək üçün Gəncə sakinlərindən qaydalara əməl etmələri və evdə qalmaları tələb olunur.