• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 772
— 10.04.2020 12:13

Samuxda aztəminatlı və imtiyazlı ailələrə yardım paylanılıb

KepezTV Player

Samux Rayon İcra Hakimiyyəti tərəfindən Koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə insanlara dəstək məqsədilə xeyriyyə aksiyaları davam edtirilir.  Aksiya çərçivəsində rayon İcra Hakimiyyətinin könüllüləri karantin rejimi dövründə evdən çıxması qadağan edilən aztəminatlı ailələrə eləcədə yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə ərzaq məhsullarından ibarət sovqat paylayır. Eləcə də vətəndaşlara pandemiya ilə mübarizədə həyata keçirilən tədbirlər, şəxsi gigiyena qaydaları, sosial təcridolmanın vacibliyi barədə məlumatlar verilib. Rayon rəsmləri bu həssas dövrdə vətəndaşları evdə qalmağa, dövlətin müəyyən etdiyi sosial izolyasiya tələblərinə ciddi əməl etməyə çağırıb. Ümümilikdə karantin dövründə 100-ə yaxın ailənin normal yaşam səviyyəsi diqqət mrəkəzində saxlanılır. Bundan başqa Samuxda fəaliyyət göstərən müxtəlif sahibkarlarda mütəmadi olaraq bu qəbildən olan ailələrə dəstək məqsədilə yardımlar paylayırlar.

Natiq Hüseyn