Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti və Nizami rayon Bələdiyyəsinin nümayəndələri ahıl və kimsəsiz vətəndaşlara dəstək olublar. Koronavirus pandemiyası ilə əlaqədar olaraq rayon ərazisində yaşayan, yaşı 65-dən yuxarı vətəndaşlara baş çəkiblər. Sakinlərlə söhbət zamanı Nazirlər Kabineti yanında operativ qərərgahın tətbiq etdiyi karantin rejiminə uyğun olaraq vətəndaşların evdə qalmaları tövsiyyə olunub. Nizami rayon ərazisində yaşayan, xüsusi qayğıya ehtiyyac duyan ahıl və kimsəsizlər 24 saat nəzarətdə saxlanılır və onların sosial qayğılarının aradan qaldırılması üçün daim köməkliklər göstərilir. Gün ərzində davam edən aksiya zamanı 7 ailəyə yardımlar verilib. Ümumilikdə isə karantin dövrü ərzində rayon ərazisində 20-ə yaxın ailəyə sovqatlar paylanılıb.
- Baxış: 738