• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1406
— 09.04.2020 20:32

Birdəfəlik ödəmənin verilməsi ilə bağlı suallara aydınlıq gətirildi

KepezTV Player

Birdəfəlik ödəmənin alınması üçün 3 üsuldan biri ilə müraciət etmək olar  e-sosial.az portalında “e-xidmətlər” bölməsinə daxil olaraq e-sosial.az portalında “onlayn müraciət” bölməsindən istifadə etməklə və internetə çıxış imkanları olmayan işsizlər Məşğulluq mərkəzlərinə zəng edərək. Aprelin 1-nə qədər işsiz statusu alan vətəndaşın birdəfəlik ödəməni almaq üçün yenidən qeydiyyatdan keçməsinə ehtiyac yoxdur. Birdəfəlik yardımı - 190 manatı almaq üçün elektron qeydiyyatdan keçdikdən sonra cavab həmin şəxsin mobil nömrəsinə sms vasitəsilə göndəriləcək. Qrafik əsasında qeydiyyatdan keçə bilməyənlər birdəfəlik ödəməni almaq hüququnu itirmirlər. Belə ki, aprelin 12-dən sonra da hər hansı məhdudiyyət olmadan müraciət mümkün olacaq.Ödəmə ailədə sosial ödəniş almayan ər və ya arvaddan birinə, habelə işsiz olan əmək qabiliyyətli övladına veriləcək. Bundan əlavə, şəxs öz arvadı ilə birlikdə bir ailə sayıldığı üçün ər və ya arvaddan birinin ayrıca müraciət hüququ var. Valideynləri isə digər ailə sayıldığından ayrıca müraciət edə bilər. 15 yaşdan yuxarı əmək qabiliyyətli şəxsin özünün də fərdi qaydada müraciət etmək hüququ var. Eyni zamanda valideynlər - ər və ya arvaddan biri ayrıca müraciət edə bilər. Əgər ər və ya arvaddan biri xarici ölkə vətəndaşıdırsa, digəri 190 manat birdəfəlik ödəməni almaq hüququna malikdir. Aliment alan işsiz qadının da birdəfəlik ödəməni almaq hüququ var.Mobil nömrəsi öz adına olmayan şəxslər sosial.gov.az saytında “Müraciət bölməsində” müvafiq Məşğulluq Mərkəzinin qeyd olunmuş telefon nömrələrindən birinə zəng edərək qeydiyyatdan keçə bilərlər. Müraciət üçün qeydiyyat və yaşadığın ünvanın fərqli olması maneə yaratmır.Nazirlik birdəfəlik ödəmə üçün nəyə görə 190 manat müəyyən edilməsi məsələsinə də aydınlıq gətirib. Qeyd edilib ki, 2020-ci il üçün yaşayış minimumu 190 manat müəyyən edildiyi üçün pandemiya şəraitində bu vəsait dövlətin sosial dəstəyi olaraq minimum ərzaq ehtiyaclarını qarşılamaq üçündür.