• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 910
— 09.04.2020 20:30

Milli Məclis hökumətin hesabatını qəbul etdi

KepezTV Player

Milli Məclisin plenar iclasında Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə seçildi. Qərar 109 səs çoxluğu ilə qəbul edildi.   Daha sonra Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı müzakirə edildi. Eyni zamanda baş Nazir Əli Əsədovun videohesabatı dinlənildi. Videohesabatda il ərzində Azərbaycanda görülən işlərdən danışan baş nazir ölkədə karantin rejimi ilə bağlı vəziyyəti də açıqladı.

Əli Əsədov Baş nazir: Azərbaycanda sanitar epidimeoloji vəziyyət ciddi nəzarətdədir. Epidemiyadan qorunmaq üçün ölkəmizdə kifayət qədər tibbi ləvazimatlar vardır. Hökümət dünya iqtisadiyyatında gedən prosesləri gündəlik olaraq izləyir və qabaqlayıcı rejimdə tədbirlər həyata keçirir. Karantin rejimin tətbiq edilməsi, məhdudlaşdırıcı tədbirlərin görülməsi və qəbul edilən qərarlar bir məqsəd güdür: biz bu ağır sınaqdan az itkilərlə çıxamlıyıq və vətəndaşlarımızı qorumalıyıq.

Deputatların hesabatla bağlı səsləndirdikləri rəy və təkliflər Nazirlər Kabinetinə göndərildi.

Daha sonra parlamentarilər bir sıra məsələlərin müzakirəsinə başladılar. Millət vəkili Aydın Mirzəzadə karantin dövründə insanların banklara olan borcunun müvəqqəti dondurulması təklifi ilə çıxış etdi. 

Aydın Mirzəzadə Milli Məclisin üzvü: İndiki dövrdə bankar müraciət edərək kredit borcunun ödənilməsini tələb edirlər. Hüquqi cəhətdən düzgün edirlər. Mən çox istərdim ki, Elman müəllim özəl bank rəhbərləri ilə danışaraq xüsusi karantin rejimində kreditlərin faizinin dondurulması məsələsini gündəmə gətirərdi. Bu, vətəndaşlara edilən ən böyük xidmətlərdən biri olardı.

Millət vəkili Musa Qasımlı isə deyib ki, koronavirus pandemiyası səbəbindən ölkədə karantin rejiminin tətbiq olunması müqaviləsiz işləyənlərin böyük əksəriyyətini üzə çıxartdı.

Musa Qasımlı Milli Məclisin üzvü: Bu çox ciddi məsələdir. Hökümət bunun üzərinə getməldir. Həmin müəssisələr Azərbaycanın qanunları əsasında fəaliyyət göstərirlər. Onların malını, mülkünü bu dövlət qoruyur. Həmin insanları müqaviləsiz işlədirlər. Bu gün həmin insanlar sosial təminatsız vəziyyətdədilər. Hesab edirəm ki, hökumət ciddi ölçülər götürməlidir. Söyləmək istədiyim başqa bir məsələ dərsliklərimizin keyfiyyəti yaxşılaşdırılmalıdır. Dərslik sahəsinə bəzi müəlliflərin biznes və gəlir mənbəyi kimi baxmasına son qoyulmalıdır.

Ölkədə karantin rejimi ilə bağlı məhdudiyyətlər isə nə deputatlara, nə də onların avtomobillərinə şamil ediləcək. Sənəd səsverməyə çıxarılaraq qəbul edildi. Beləliklə yaşı 65-dən yuxarı olan millət vəkilləri növbəti dəfədən parlamentin plenar iclaslarında iştirak edə biləcəklər.