• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 968
— 09.04.2020 16:41

Bakı sakinindən heroin və odlu silah götürülüb

KepezTV Player

Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunusuz dövriyyəsi ilə məşğul olan paytaxt sakini, əvvələr məhkum olunmuş Cavid Əliyevi saxlayıblar. Üzərində 1,192 qram heroin aşkar olunaraq götürülüb. Ətrafında keçirilən əlavə əməliyyat tədbirləri zamanı C.Əliyevin yaşadığı ünvanda odlu silah-sursat gizlətməsi də müəyyən edilib. Hal şahidlərinin iştirakı ilə onun Zabrat qəsəbəsində yerləşən mənzilinə baxış zaman  1 ədəd “Naqan” sistemli revalver tapança və həmin silaha aid 4 ədəd patron aşkar olunaraq götürülüb. O, ifadəsində həmin silah-sursatın ona 2010-cu ildə dünyasını dəyişən atasından qaldığını və saxlanılan günə qədər polisə təhvil verməyərək qanunsuz olaraq gizlətdiyini bildirib. Faktla bağlı 12-ci Polis Şöbəsində toplanan materiallar araşdırlması üçün Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib.