• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1226
— 09.04.2020 17:54

Karantin rejimini pozanlar cərimələniblər

KepezTV Player

Ölkə ərazisində koronavirus pandemiyası ilə əlaqədar zəruri sosial izolyasiya tədbirlərinin tətbiqi davam etdirilir. Qərb bölgəsində də şəhərlərin giriş və çıxışlarında, eləcə də daxildə xüsusi karantin rejimini pozanlara qarşı inzibati qaydada tədbirlər görülüb.

Qərb bölgəsində icazəsiz evlərini tərk edənlərə və xüsusi karantin rejiminin tələblərini pozan vətəndaşlara qarşı keçirilən reydlər davam etdirilir. Qazax rayonunun giriş və çıxışında, eyni zamanda rayon daxili yoxlamalar zamanı bir çox hallarda qanun pozuntusu aşkarlanıb. Bir nəfərin qanunsuz əməlinə hüquqi qiymət verilməsi üçün onun barəsində toplanan material məhkəməyə göndərilib.

 

Tovuzda da analoji tədbirlər davam etdirilir. Rayonun bir neçə ərazisində xüsusi karantin rejim qaydalarına uyğun olaraq, insanların bir-biri ilə ünsiyyətini minimuma endirmək, bununla da infeksiyaya yoluxmanı azaltmaq məqsədi ilə zəruri tədbirlər həyata keçirilir. Xüsusi karantin rejimi qaydalarına zidd olaraq sms vasitəsi ilə icazə almayan vətəndaşlar barəsində qanunauyğun şəkildə tədbirlər görülüb.

Eşqin Qasımov DİN-nin mətbuat xidmətinin əməkdaşı: Qazax rayonunda ümumilikdə 68 nəfər tərəfindən karantin rejiminin tələbləri pozulması faktı qeydə alınıb. 1 nəfər barəsində yerli məhkəmənin qərarı ilə inzibati qaydada həbs seçilib. Tovuz rayon polis şöbəsinin əməkdaşlarıda gücləndirilmiş iş rejimində çalışırlar. Bu zaman 71 nəfər xüsusi karantin rejiminin tələblərinin  pozulması halı aşkarlanıb.

Həyata keçirilən bütün tədbirlər əhalinin təhlükəsizliyinin təmin edilməsinə və onların sağlamlığının qorunmasına xidmət edir. Ona görə də vətəndaşlardan sosial izolyasiya tədbirlərinə ciddi riayət etmək, bütün tövsiyə, təklif və qərarları anlayışla qarşılamaq xahiş olunur.

Natiq Hüseyn