• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1761
— 09.04.2020 16:38

Hava şəraitinin kənd təsərrüfatına təsiri

KepezTV Player

Uzun müddətdir quraq keçən havanın yerini yağmura verməsi heç şübhəsiz əkinlə məşğul olanlar üçün göydəndüşmə olub. Kənt təsərrüfatı bitkiləri istehsalçıları bunu məhsuldarlığa müsbət təsir adən amil kimi qiymətləndirir. Amma, vəziyyətə mənfi təsir edən amillər olmasa.

Payız və qış mövsümündə havanın quram keçməsi kənd təsərrüfatı baxımından yaxşı hesab edilmir. Bu əkindən sonra bitkilərinin inkişafına mənfi təsir etməklə fermerlərin məhsul götürmək ümidlərini də azaldırdı. Ancaq son günlər müşahidə edilən yağmurlu hava vəziyyətin müsbətə doğru dəyişməsinə əsas yaradıb. 25 ildir taxıl toxumunun əkini ilə  məşğul olan Göygöl rayonun Xəqani kənd sakini Taleh Hüseynov da yağan yağışa sevinənlərdəndir. Çünki 65 ha-da taxıl, 18 ha-da şəkər çuğunduru və 6 ha-da soğan əkən fermer yağışın bitkilərin inkişafına müsbət  təsirindən danışır.

Taleh Hüseynov "Əmək" ordenli fermer: Çox quraqlıq keçdiyinə görə bizdə taxılın vəziyyəti çox pis idi. Ancaq bu neçə gündü yağışın yağması taxılın gələcəkdə məhsuldarlğını çoxaltdı. Yəni bu 3-4 gün ərzində yağan yağış taxıla çox kömək elədi. Yağışın yağması biz fermerləri çox sevinclə qarşılatdı. Məhsul keçən ildən bu il hektara 500 kilo çox məhsul götürməyi gözləyirəm.

Yağan yağışın torpaqda nəmliyi artırması vacib olan məqamlardandır. Müşahidə edilən hava şəraiti qərb bölgəsində bu göstəricini 60 faizdən yuxarı qaldırıb. Bu cür nəmlik isə əsasən yazda əkilən bitkilərin inkişafına müsbət təsir edir.

Nizami Seyidəliyev aqrar elmlər üzrə elmlər doktoru, professor: Artıq respublikada pambıq əkininə start verilmək üzrə idi ancaq bu dayanıb. İri fermerlərin verdiyi məlumata görə pambıq əkini ərəfəsində yağışın yağması alaq otlarının cücərməsinə səbəb olmuşdu. Səpindən qabaq aparılan mala işləri demək olar ki, alaq otlarını məhv edəcək. Bu da pambıqçılıq sahəsində böyük əhəmiyyət kəsb edəcək. Digər kartof, dənli əkin bitkilərinə, tərəvəz bostan bitkiləri əkilibsə qida rejimi var.

Milli Hidrometeorologiya Xidmətinin verilən məlumata görə, müşahidə edilən edilən qeyri-sabit hava şəraiti müvəqqəti xarakter daşıyır.

Asif Verdiyev Milli Hidrometeorologiya Xidmətinin  baş hidroloqu:Qeyd etmək istəyirəm ki, yaxın 2-3 gün ərzində Respublikanın qərb bölgəsində əsasən yağmursuz hava şəraiti müşahidə olunacaqdı. Gecə və səhər saatlarında duman, mülayim qərb küləyi əsəcək, havanın tempuraturu gündüz 9-14 dərəcə isti gözlənilir.

Hazırkı vəziyyətdə sas olanı havanın soyuq olmamasıdır. Odur ki, fermerlərin yağışdan sonra havanın tempuratırının yüksəlməsini məhsuldarlıq baxımından əhəmiyyətli hesab edirlər.